Gülnar Məmmədovas TWw 67 zSO789 Lpise HSრქოc D67C Mmდ Zz
| Gülnar Məmmədova (Porto Karras, 2011) | |
| Ölkə |
|
|---|---|
| Doğum tarixi | 11 may 1991 |
| Doğum yeri |
|
| Titulu |
Beynəlxalq usta (IM) 2017 Qadınlar arasında qrossmeyster (WGM) 2012 Qadınlar arasında Beynəlxalq usta (WIM) 2011 |
| Son reytinqi | 2358 (iyul 2017) |
| Maksimal reytinqi | 2401 (yanvar 2017) |
| FİDE nömrəsi | 13403508 |
Gülnar Məmmədova (tam adı: Gülnar Mərfət qızı Məmmədova; d. 11 may 1991, Əli Bayramlı) — Azərbaycan şahmatçısı, qadınlar arasında qrossmeyster (2012), Azərbaycan şahmat tarixində ilk dəfə kişilər arasında Beynəlxalq usta (2017). Dəfələrlə Azərbaycan çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı. 2009-cu ildən şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvü.
Mündəricat
- 1 Həyatı
- 1.1 Orta təhsil
- 1.2 Ali təhsil
- 1.3 Fəaliyyət
- 2 Karyera
- 3 Reytinq
Həyatı[redaktə | əsas redaktə]
11 may 1991-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub.
Orta təhsil[redaktə | əsas redaktə]
1997-ci ildə Əli Bayramlı şəhəri, Tahir Bağırov adına 11 saylı orta məktəbin 1-ci sinfinə gedib
2008-ci ildə Əli Bayramlı şəhəri, Elçin İmanov adına 10 saylı orta məktəbi bitirib.
Ali təhsil[redaktə | əsas redaktə]
2008-2012 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Bakalavr
2012-2014 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Magistr
Fəaliyyət[redaktə | əsas redaktə]
2014-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında şahmat müəllimi kimi fəaliyyət göstərir.
Karyera[redaktə | əsas redaktə]
Şahmatla 6 yaşından məşğul olmağa başlayıb. İlk uğuru şahmatla məşğul olmasından 23 gün sonraya təsadüf edir. Belə ki, 1997-ci ildə Şirvan şəhərində 28 May Respublika Gününə həsr olunmuş şahmat turnirinin qalibi olur.
Reytinq[redaktə | əsas redaktə]
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 2017-ci ilin yanvar ayı üçün açıqladığı reytinq siyahısında Gülnar Məmmədova 2401 reytinq xalı ilə dünyanın ən güclü 100 xanım zəka ustası sırasına daxil olaraq 64-cü pillədə qərarlaşırdı. Bu hələ ki, karyerasında ən yüksək reytinq olub.
|
Aydan Höccətova | Aynur Sofiyeva | Firuzə Vəlixanlı | Gülnar Məmmədova | Günay Məmmədzadə | Xəyalə Abdulla | İlahə Qədimova | Nərgiz Umudova | Nərmin Kazımova | Nərmin Xələfova | Türkan Məmmədyarova | Ülviyyə Fətəliyeva | Zeynəb Məmmədyarova |